Azərbaycan xalçaları beynəlxalq sərgidə

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində iştirak edir. “Azərxalça”  Açıq Səhmdar Cəmiyyətindən “Olaylar” – a verilən məlumata görəsərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan,  Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb.. Hannover sərgisində “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.  Sərgi yanvarın 14-dən  17-dək davam edəcək.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində iştirak edir. "Azərxalça"  Açıq Səhmdar Cəmiyyətindən "Olaylar" - a verilən məlumata görəsərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan,  Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb.. Hannover sərgisində "Azərxalça" ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.  Sərgi yanvarın 14-dən  17-dək davam edəcək.

İlk dəfədir ki, Hannover sərgisində iştirak edən "Azərxalça"nın məhsullarını sərgi iştirakçıları  böyük maraq və heyranlıqla qarşılanıb.

Qeyd edək  ki , DOMOTEX  Beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu günə kimi  hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində  bir araya gəlirlər.  DOMOTEX  xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31