"20 Yanvar – Fəxrlə  Andığımız  Gün"

Yanvar ayının 18-də saat 11:00-da Milli Azərbaycan Tarixi Muzeyindən “Olaylar” – a verilən məlumata görə "20 yanvar – fəxrlə andığımız gün" adlı tədbir keçiriləcək. Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunub.

Yanvar ayının 18-də saat 11:00-da Milli Azərbaycan Tarixi Muzeyindən "Olaylar" - a verilən məlumata görə "20 yanvar - fəxrlə andığımız gün" adlı tədbir keçiriləcək.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunub.

Tədbirin Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunacaq. Tədbir zamanı  Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respblikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri ,professor İsaxan Vəliyev, 20 yanvar hadisələrinin şahidi Əlizadə Elşən, Azərbaycan Respublikası "Qadın və İnkişaf" Mərkəzinin vitse prezidenti, yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədovanın çıxışları gözlənilir.

Tədbir zamanı Şövkət Xanməmmədova  "20 dən 20 yə"kitabını muzeyə təqdim edəcək.

Bədii hissə də isə 2 saylı Humanitar-Elmlər liseyinin 6-7-ci sinif şagirdlərinin ifasında "Tariximizin unudulmayan günü" kompozisiyası, 2 saylı Humanitar-Elmlər liseyinin 8-ci sinif şagirdi Teymur Həziyev gitarada solo ifasında "Ana mən şəhid oldum" mahnısını ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31