Mədəniyyət

Musiqi məktəbinin direktoru töhmət aldı

13 Yanvar 2017 17:28

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “olaylar” İnformasiya agentliyinə veridiyi məlumata əsasən K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib və Baş İdarənin əmrinə əsasən məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.

Xalq artisti işdən çıxdı

13 Yanvar 2017 16:42

Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrı ilə olan əməkdaşlığına son verib. Teatrdan “Olaylar” – a verilən məlumata görə  Nəzakət Teymurova ötən ilin noyabr ayından ərizəsini yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik.

Əməkdar artist vəfat etdi

13 Yanvar 2017 16:41

 Ötən gün Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynov Almaniyanın Frankfurt şəhərində dünyasını dəyişib. Sənətkar bu gün Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq.

Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub - YENİLƏNİB

13 Yanvar 2017 16:22

Bakıda müğənnilərə qarşı edilən soyğunçuluğun təfərrüatı məlum olub. Naməlum şəxslər yanvarın 11-də Binəqədi rayonunda "White Palace" şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən məhşur müğənni Ramal İsrafilovu izləyiblər.

Musiqili Teatr Beynəlxalq festivala yola düşdü

13 Yanvar 2017 12:25

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına yola düşüb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirib ki, Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə 13-18 yanvar tarixlərində Təbrizdə səfərdə olacaq.

“Davosa doğru – Bakı” Forumu keçiriləcək

13 Yanvar 2017 11:37

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda “Davosa Doğru – Bakı” Forumu keçiriləcək. “OLAYLAR”-a ARGTMŞ-dən daxil olan məlumata görə, yanvarın 17-də keçirilməsi nəzərdə tutulan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaq.

İncəsənət Konsulluğu müsabiqə elan edir

12 Yanvar 2017 17:25

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı” adlı rəsm müsabiqəsinə start verilib. Azərbaycan İncəsənət Konsulluğundan “Olaylar””- a verilən məlumata görə elan olunmuş müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.

İçərişəhərdə incəsənətlə istirahət

12 Yanvar 2017 17:24

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Arts Council Azerbaijan təşkilatı uzunmüddətli "Art Weekends in Icherisheher" layihəsini davam etdirir.

Yuri Monçak Azərbaycan səhnəsində

12 Yanvar 2017 17:17

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcək.

Şəki teatrında türk yazıçısının əsəri səhnələşdirilir

12 Yanvar 2017 15:51

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk yazıçısı Hidayət Sayanın “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə başlanılıb.