İncəsənət Konsulluğu müsabiqə elan edir

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı” adlı rəsm müsabiqəsinə start verilib. Azərbaycan İncəsənət Konsulluğundan “Olaylar””- a verilən məlumata görə elan olunmuş müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı "Xocalı" adlı rəsm müsabiqəsinə start verilib. Azərbaycan İncəsənət Konsulluğundan "Olaylar""- a verilən məlumata görə elan olunmuş müsabiqə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının birgə səyi ilə reallaşacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi fevralın 20-də başa çatacaq. Müsabiqənin nəticələri fevralın 27 və 28-də İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində elan olunacaq. Qaliblərə sertifikatlar təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31