Mədəniyyət
Park Cinemada görüş
"Naxox" kinokomediyası artıq kinostudiyalarda tamaşaçılara təqdim edilir. Filmin əsas qəhrəmanlar ilə görüşmək, şəkil çəkdirmək və onlarla birlikdə bu filmi izləmək istəyənlər üçün Park Cinemada görüş təşkil olunacaq.
Suğra Bağırzadə beynəlxalq mükafata layiq görüldü
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Olaylar” – a verdiyi məlumata görə Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət”ordeni ilə təltif edilib.
“Azərbaycan Milli rəqsləri” layihəsi icra olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, layihə rəhbəri Vüqar Paşayevin təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Yeniyetmə və gənclər arasında “Azərbaycan Milli rəqsləri” yarış - müsabiqə” layihəsinin yekun konserti respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən “Zirvə”, “Çovqan”, “Təbəssüm”, “Leyla”, “Azad”, “Dostluq”, “Şənlik”, “Aysel” rəqs kollektivlərinin iştirakı ilə MetroPark Alış-Veriş Mərkəzində təşkil olundu.
“Silva” tamaşasının premyerası keçirilib
Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.
Ənvər Əblucun yubiley tədbiri keçirildi
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin – Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.
Yanvarın 13 – ü Filarmoniyada
Yanvar ayının 13 – də Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, skripka ifaçısı Zəhra Quliyevanın 65 illiyinə həsr olunmuş konsert proqramı olacaq. Konsert proqramında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edəcək. Orkestrin bədii rəhbəri və dirijoru Rauf Abdullayevdi.
“Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Bunu “Olaylar”- a açıqlamasında “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib.
Yanvar ayı Kukla Teatrında
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Olaylar” – a yanvar ayı üçün olan repertuarı təqdim etdi.
"Həddən artıq uyğunluq" YARAT Film Klubunda
Gənc Tamaşaçılarda 20 yanvar faciəsi anılacaq
Yeni ilin ilk tamaşasının məşqlərinə start verildi...
Avstraliyalı beynəlxalaq məsləhətçi Milli Kitabxanada
Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.
Filarmoniyada “Muğam gecəsi”
16 yanvar saat 19:00 Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının Mədəniyyət kanalı birgə layihəsi olan “Muğam gecəsi” adlı ədəbi – bədii, musiqili gecə olacaq.
Kamera və Orqan Musiqisi yanvar ayında
Azərbaycan Dövlət Filarmoniyası Kamera və Orqan Musiqi zalının 2017-ci il yanvar ayı üçün olan repertuarını “Olaylar”a təqdim etdi
Yanvar ayı Filarmoniyada...
Azərbaycan Dövlət Filarmoniyası 2017 – ci il yanvar ayı üçün olan repertuarını “Olaylar” – a təqdim edib.













