Filarmoniyada “Muğam gecəsi”

16 yanvar  saat 19:00 Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının Mədəniyyət kanalı birgə layihəsi olan “Muğam gecəsi” adlı ədəbi – bədii, musiqili gecə olacaq.

16 yanvar  saat 19:00 Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının Mədəniyyət kanalı birgə layihəsi olan "Muğam gecəsi" adlı ədəbi - bədii, musiqili gecə olacaq.

Azərbaycan Dövlət Filarmoniyasından "Olaylar" - a verilən məlumata görə gecədə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı müşayət edəcək. Ansamblın bədii rəhbər Respublikanın Xalq Artisti Adil Bağırovdu.

Qeyd edək ki, " Muğam gecəsi" - ndə Aqil Məlikov - Əməkdar İncəsənət Xadimi, Qəzənfər Abbasov-Əməkdar müəllim , Elnarə Abdullayeva - Əməkdar artist, Almaz Oruçova - Əməkdar artist, Cabir Abdullayev - Əməkdar artist, Abgül Mirzəliyev,  Aytən Məhərəmmova, Rəvanə Ərəbova, Kamilə Nəbiyeva,  Mirələm Mirələmov, Nisbət Sədrayeva iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31