Avstraliyalı beynəlxalaq məsləhətçi Milli Kitabxanada
Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.
11 Yanvar 2017 18:53 MədəniyyətAvstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elektron kitabxana Layihəsinin məsləhətçisi olan cənab B.Uols əvvəlcə Layihə haqqında məlumat verdi. O, bu elektron kitabxanada bütün hüquq ədəbiyyatını toplamaq istədiklərini bildirdi və eyni zamanda müəllif hüquqlarının qorunmasının zəruriliyinə də toxundu.
Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan K.Tahirov beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduqlarını vurğuladı. Bir neçə il əvvəl cənab nazirimizin göstərişi əsasında Ali məhkəmənin kitabxanasının yaradılmasında Milli Kitabxananın yaxından iştirak etdiyini, hətta kitabxananı müəyyən sayda hüquq ədəbiyyatı ilə təmin etdiyini söylədi. Cənab Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdirəlicəyini qeyd elədi.
Kitabxana ilə tanış olan cənab Uols Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbualta müraciət etdikləri ilə maraqlandı.
Görüşün sonunda beynəlxalq məsləhətçi Elektron kitabxananın yaradılmasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa ümid etdiyini, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş etdi.
Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, "Azərbaycan mətbəxi" (ingilis dilində) və b. kitablar qonağa hədiyyə verildi.