“Davosa doğru – Bakı” Forumu keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda “Davosa Doğru – Bakı” Forumu keçiriləcək. “OLAYLAR”-a ARGTMŞ-dən daxil olan məlumata görə, yanvarın 17-də keçirilməsi nəzərdə tutulan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və "Youth İnc" Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda "Davosa Doğru - Bakı" Forumu keçiriləcək. "OLAYLAR"-a ARGTMŞ-dən daxil olan məlumata görə, yanvarın 17-də keçirilməsi nəzərdə tutulan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaq. Forumun əsas mövzusu "Məşğulluq üçün yeni imkanların yaradılması" olaraq müəyyən olunub. Panel sessiyalar "Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması" və "Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması" mövzularını əhatə edəcək. Sessiyalar zamanı dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin effektivliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında rolu, ölkədə gənclərin məşğulluğunun təmin olunmasında gənc sahibkarların rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparacaq.

Qeyd edək ki, 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər "Shaping Davos" fəaliyyətinin keçirilməsi hüququ qazanıb ki, bunlardan biri də Bakıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31