Yuri Monçak Azərbaycan səhnəsində
Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcək.
12 Yanvar 2017 17:17 MədəniyyətYanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası keçiriləcək.
Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Sevgi şərbəti" operasının ilk tamaşası 1832-ci ildə Milanda baş tutmuşdu. 185 ildir ki, bu opera dünyanın ən qabaqcıl teatrlarının repertuarını bəzəyir.
2013-cü ildə bu opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Həmin vaxtdan repertuara daxil edilən opera yanvarın 21-də növbəti dəfə səhnələşdiriləcək.
Tamaşada əsas rollarda Teatrımızın aparıcı solistləri - Azərbaycanın Əməkdar Artistləri Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) və Sankt-Peterburqun Mixaylovski adına Teatrının solisti - vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yuri Monçak (Dulkamara) iştirak edəcəklər.
Dirijor Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevdi.