Əməkdar artist vəfat etdi

 Ötən gün Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynov Almaniyanın Frankfurt şəhərində dünyasını dəyişib. Sənətkar bu gün Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq.

Ötən gün Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseynov Almaniyanın Frankfurt şəhərində dünyasını dəyişib. Sənətkar bu gün Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq.

İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M.M.Çudnovskinin sinfində təhsil alan İ.Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

İ.Hüseynovun musiqi yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində mühüm yer tutur. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirb. Bunların sırasında "Elegiya - İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31