İçərişəhərdə incəsənətlə istirahət

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Arts Council Azerbaijan təşkilatı uzunmüddətli "Art Weekends in Icherisheher" layihəsini davam etdirir.

Yanvarın ayının 14 - də layihə çərçivəsində "İçəriçəhərdə incəsənətlə istirahət günləri" adlı növbəti sərgi baş tutacaq.Layihənin davam etdiyi müddətdə hər həftəsonu şəhərimizin sakinləri və qonaqları üçün açıq səma altında canlı milli musiqi, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balaca uşaqlar üçün heykəltaraşlıq, keramika, rəsm ustad dərslər və digər çoxsaylı maraqlı tədbirlər təşkil olunur. 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31