“Qarabağ mifləri” nəşr olundu

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olan “Qarabağ mifləri” adlı təbliğat xarakterli nəşri işıq üzü görüb. Açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub..

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olan "Qarabağ mifləri" adlı təbliğat xarakterli nəşri işıq üzü görüb. Açıqcalar toplusu azərbaycan, rus və ingilis dillərində çap olunub..

Açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması məqsədi ilə dərc olunub. Qarabağın nə qədər zəngin folklora sahib olduğunu, oranın hər bir güşəsində Azərbaycan mədəniyyətinin izi olduğunu bu folklor nümunələri vasitəsi ilə əsaslı şəkildə dünyaya sübut edəcəyik.

Toplu üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə İrina Özçoban və Günel Şimşək çalışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31