Mədəniyyət

TEAS Press Azərbaycan Cümhuriyyəti tarixinə dair daha bir kitab nəşr edib

5 Aprel 2017 17:13

Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” adlı kitabı bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatla çapdan buraxılıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, kitabda Azərbaycanın mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alır, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar verilir.

“Azərbaycan multikulturalizmi Avropada qəbul edilir”

5 Aprel 2017 14:58

Məlum olduğu kimi, Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib.

Şəmkir Bilik evində Beynəlxalq Uşaq Kitabı Günü

5 Aprel 2017 13:05

Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik evinin birgə təşkilatçılığı ilə Mərkəzdə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Əhməd Cavad adına şəhər tam orta məktəbin şagirdləri və Şəmkir şəhər 2, 4, 5, 8 saylı körpələr evi – uşaq bağçaları, Şəmkir rayon Dəllər qəsəbə 2 saylı körpələr evi – uşaq bağçası və Kids Academy körpələr evi – uşaq bağçasının körpələri iştirak ediblər.

Musiqili Teatrda bu həftə

5 Aprel 2017 12:50

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki,  7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da “Silva” (İ. Kalman), “Düyməcik” (H.K. Andersen), “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.

Yaqub Məmmədov xatırlanacaq

5 Aprel 2017 11:42

Doğuş Xoşqədəmdən danışdı: “Bir-birimizə qarşı...”

4 Aprel 2017 20:15

Türkiyəli müğənni Doğuş qardaş ölkənin nüfuzlu “Vatan” qəzetinə müsahibə verib. O, yeni “Yara Bere” adlı sinqlı, yaradıcılıq planları ilə yanaşı, həyat yoldaşı, aparıcı Xoşqədəm Baxşəliyeva, ailə həyatı və əkiz övladlarından da bəhs edib. Müsahibədə yer alan bəzi maraqlı məqamları təqdim edirik.

“Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda konfrans

4 Aprel 2017 16:01

Aprelin 4 – də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Universitetdən “Olaylar" – a bildirilib ki, konfransa təqdim olunan məqalələrdə ədəbiyyat incəsənətin bir sahəsi kimi təhlil və təqdim edilib. Məruzələrdə müqayisəli ədəbiyyatşünaslığın predmeti olan ədəbi əsərlər, janr və üslublar, yazıçının yaradıcılıq xüsusiyyətləri, ədəbi cərəyanlarla yanaşı, xalqların ictimai, mədəni inkişafı, mədəni və ədəbi əlaqələri qarşılıqlı tədqiq olunmuşdur. Ədəbiyyatşünalıq məsələlərinə müxtəlif aspektlərdən - fəlsəfi, sosioloji, tarixi, kulturoloji kontekstdən yanaşılıb.

“Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği”  elmi konfrans

4 Aprel 2017 15:59

Aprelin 4 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın konfrans zalında Memarlıq və İncəsənət İnstitutu ilə birgə “Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” mövzusunda elmi konfrans keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində müəssisələr arasında əməkdaşlıq haqqında anlaşma Memorandumunun imzalanma mərasimi təşkil olunub.

Düsen Kaseinov  Musiqili Teatra təşəkkür etdi

4 Aprel 2017 13:13

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənt xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda bildirilir ki, “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi kimi çalışdığım müddətdə Azərbaycanla bağlı çoxsaylı tədbirlər keçirilmiş və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın mötəbər beynəlxalq təşkilatlarında və çeşidli ölkələrində nümayiş etdirilib. İnanıram ki, TÜRKSOY ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında qurulan bu gözəl münasibətlər gələcək illərdə də davam etdiriləcəkdir”.