Qorduladze: Konstitusiya Məhkəməsindəki prosesi şouya çevirməyə çalışırlar – ÖZƏL
10:06 SiyasətOlaylar.az xəbər verir ki, Parlamentin hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladzenin sözlərinə görə, Konstitusiya Məhkəməsində gedən hüquqi prosesi hansısa şəkildə debatlara və şouya çevirməyə cəhd edirlər. O qeyd edib ki, cavabdeh partiyalar qeyri-konstitusiya xarakterli əməllərinin hüquqi cəhətdən heç bir əsaslandırması olmadığını yaxşı başa düşdükləri üçün vəziyyətdən yalnız demaqogiya ilə çıxmağa çalışırlar. Qorduladzenin fikrincə, hüquqi əsasları olmayan bu qüvvələr çıxış yolunu hüquqi nonsenslərdə və ya kənardan verilən tapşırıqların icrasında görürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31