Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Fəxri professoru adına layiq görüldü

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının M.V. Surikov adına Moskova Dövlət Akademik İnstitutunun Fəxri professoru adına layiq görülüb. Muzeydən "Olaylar" - a biıdiriıib ki, M.V.Surikov adına Moskova Dövlət Akademik İnstitutunun Fəxri professoru diplomunu həmin institutun rektoru, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, professor Anatoliy Lyubavin təqdim edib. Mərasimdə iştirak edən "Tretyakov Qalereyası" jurnalının baş redaktoru Aleksandr Rojin Çingiz Fərzəliyevin Rusiya və Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsi işinə əsaslı töhfə verdiyini vurğulayıb.

Çingiz Fərzəliyev bir çox orden və mükafatların sahibidir: Kembric Universitetinin Beynəlxalq Bioqrafik İnformasiya Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", Gürcüstanın "Şəfəq" prezident ordeni.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31