Misir səfiri “Səfir saatı” klubunda

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Universitetlərinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Səfir saatı" klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil ilə görüş keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisadiyyat, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment Universitetlərinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov qonağı salamlayaraq, 2017-ci ilin ölkədə "İslam Həmrəyliyi İli" elan olunmasının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına böyük təkan verəcəyini vurğulayan Oktay Səmədov "Səfir saatı" klubunun ilk qonağının məhz Misirin Azərbaycandakı səfiri olmasının təsadüfi xarakter daşımadığını da bildirib.

Xanım səfir Suzan Cəmil səmimi qarşılanmaya və diqqətə görə təşəkkürünü bildirib, xalqlarımız arasında qarşılıqlı hörmət və ehtiramın olmasını dilə gətirərək Bilik Fondunun "Səfir saatı" klubunun ilk qonağı kimi gənclərlə görüşdən məmnunluğunu ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31