Heydər Əliyev Sarayına yeni direktor təyin olundu

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

Olaylar.az-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Qeyd edək ki, İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

1992-1996-cı illərdə "Şən və Hazırcavablar Klubu"nun (ŞHK) üzvü olub. 1994-1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

O , 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31