Alsu ilk dəfə bakılı ərindən olan oğlunu göstərdi - ÖZƏL
21 Noyabr 2023 16:44 MədəniyyətOlaylar.az xəbər verir ki, Alsu ilk dəfə bakılı ərindən olan oğlunu göstərib.
Məşhur ifaçı sosial şəbəkədəki səhifəsində oğlu ilə birgə video paylaşıb.
Olaylar xəbər verir ki, rusiyalı müğənni Alsu ilk dəfə sosial şəbəkələrdə yeddi yaşlı oğlu Rafael Yan Abramovun üzünün göstərib.
O, daha əvvəl səhifəsində paylaşdığı şəkillərdə oğlunun üzünü gizlədirdi. Müğənni dəfələrlə izləyicilərinə izah edirdi ki, vaxtından əvvəl uşağa heç bir ehtiyacı olmayan piar tətbiq etmək istəmir.
Bu dəfə o, Rafael ilə birgə video paylaşmaq qərarına gəlib və ona "Mükəmməl gün belə başlayır" sözləri ilə şərh verib.
Qeyd edək ki, ulduz 2006-cı ildən iş adamı Yan Abramovla evlidir və onlar üç uşaq böyüdür. Yoldaşı və uşaqları ilə birlikdə muğənni tez-tez Abramovun bir çox qohumlarının yaşadığı Bakıya gəlir.