MEK Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO
21 Noyabr 2022 18:39 MədəniyyətAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş virtual sərgi (https://heyzine.com/flip-book/14bcd4efb2.html#page/1) hazırlayıb. Sərgidə MEK-in fondlarında olan nəşrlərdən istifadə olunub.
Nəşrlərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən, dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlardan bəhs olunur. Virtual sərgidə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün təmin edilməsində, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasındakı nailiyyətlərinin əks olunduğu ədəbiyyatlar var.
Qeyd edək ki, virtual ilə yanaşı, oxucular üçün Mərkəzi Elmi Kitabxanada ənənəvi sərgi də təşkil edilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
(012) 539-73-67 ( daxili 14-14)
