30-cü dövlət fotoqraf yarışması sərgisi keçirilib
6 Oktyabr 2021 12:40 MədəniyyətKuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Milli Təhsil və Mədəniyyət Nazirliyinə bağlı mədəniyyət şöbəsinin təşkil etdiyi "30-cü dövlət fotoqraf yarışması sərgisi"nin açılış və mükafatlandırma mərasimi keçirilib. "OLAYLAR" xəbər verir ki, Lefkoşadakı Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdə Prezident Ersin Tatar, milli təhsil və mədəniyyət naziri Olgün Amcaoğlu, deputatlar, və nazirliyin mədəniyyət şöbəsinin müdiri Kerim Akpolat iştirak edib. Prezident Ersin Tatar mərasimdə çıxış edərək bildirib ki, bu kimi sərgilər KKTC-nin tanıdılması baxımından önəmlidir.
Çıxışlardan sonra qalib fotoqrafçılara mükafatlar təqdim edilib və sərginin açılışı baş tutub. Sərgi noyabrın 11-dək davam edəcək.
Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi Tevfik Ulualın rəsmləri də sərgidə mükafata layiq görülüb.