Məşhur müğənninin Bakı konserti ləğv olundu
Son illərin sevilən ifaçısı Sem Smitin “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.
24 Aprel 2019 13:04 MədəniyyətSon illərin sevilən ifaçısı Sem Smitin "Formula 1" üzrə SOCAR Azərbaycan Qran Prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.
Olaylar.az bildirir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat verilib.
"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.m Biz anlayırıq ki, bu, ifaçının çoxsaylı pərəstişkarları üçün üzücü xəbərdir. Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qeyd edək ki, Smitin "Formula 1" yarışması çərçivəsində olacaq Bakı konserti aprelin 27-də olmalı idi.