“Dəfələrlə oğlan övladımı itirmişəm” - Məleykə Əsədova
Məleykə Əsədova şəxsi həyatı ilə bağlı etiraflar edib
23 Aprel 2019 16:19 MədəniyyətXalq artisti Məleykə Əsədova "Şou ATV" proqramının qonağı olub.
O, şəxsi həyatı ilə bağlı etiraflar edib. Müğənni bildirib ki, qızından əvvəl oğlan övladlarına hamilə olub.
"Çox övladım olub, amma itirmişəm. Qızımın da dünyaya gələcəyini demək istəmirdim. Oğlan övladları itirmişəm. Bətnimdə dünyalarını dəyişirdilər. Həmişə qız arzulamışam. Hətta oğluma libaslar da almışdım. Amma qismət olmadı" deyə, Əsədova bildirib.
Qeyd edək ki, sənətçinin Gülər adlı bir qızı var.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31