Opera və Balet Teatrında PREMYERA

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçiriləcək.

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Manon Lesko" operasının premyerası keçiriləcək.

Olaylar.az bildirir ki, "Manon Lesko" Puççini yaradıcılığında xüsusi yeri olan ən dəyərli əsərlərindən biridir. Tamaşanın premyerası 1893-cü il fevralın 1-də Turində baş tutub. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan "Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi" adlı romanının motivləri əsasında təşkil edir. Bir əsərdən artıq vaxt ötməsinə baxmayaraq "Manon Lesko" operası bu gün də dünya opera sənətinin inciləri sırasında bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulan premyera tamaşasında əsas partiyaları Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev, Xalq artisti Əkrəm Poladov, solist Fəhmin Əhmədli ifa edəcəklər. Lesko partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Pyotr Primak dəvət olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31