Həftəsonu teatr nələr vəd edir
Yarıməsrlik şanlı yubileyini təntənəli surətdə qeyd etmiş Sumqayıt Dövlət Dram Teatrı yeni yaradıcılıq mərhələsinə qədəm qoymuşdur.
7 Dekabr 2018 11:57 MədəniyyətYarıməsrlik şanlı yubileyini təntənəli surətdə qeyd etmiş Sumqayıt Dövlət Dram Teatrı yeni yaradıcılıq mərhələsinə qədəm qoymuşdur.
Kollektiv təsdiq edilmiş repertuar planına əsasən hər gün və ya hər həftəsonu cari repertuarında olan və yeni hazırlanmış tamaşalarla Sumqayıt sakinlərinin görüşünə gəlir.
Olaylar.az xəbər verir ki, həftəsonu teatrda dekabrın 7-i xalq yazıçısı Elçinin "Qatil" 8-i dekabrda gündüz rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?" axşam isə Con Patrikin "Qocanı öldürməliyik" tamaşalarını, dekabrın 9-u istirahət günü yenidən rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?" tamaşasını nümayiş etdirəcəkdir.
Tamaşalarda teatrın aparıcı aktyorları Əməkdar artistlər Xatirə Süleymanova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Rauf Ağakişiyev, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Yalçın Səlimov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Aynur Hümbətova və başqaları iştirak edir.