"IV Türk Filmləri Həftəsi”nin açılışı olacaq

Noyabrın 23-də Nizami Kino Mərkəzində Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Bakıda baş tutacaq "IV Türk Filmləri Həftəsi”nin açılış mərasimi olacaq.

Noyabrın 23-də Nizami Kino Mərkəzində Türkiyə Mədəniyyət nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Bakıda baş tutacaq "IV Türk Filmləri Həftəsi"nin açılış mərasimi olacaq.

Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə böyük millət məclisinin üzvləri, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyədən gəlmiş sənət adamları, Azərbaycanın millət vəkilləri, dövlət xadimləri ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edəcək.

Açılış mərasimindən sonra "Güllər" filminin premyerası olacaq.

Qeyd edək ki, həyata keçirilən layihə iki ölkə arasında mədəni əlaqələrin kino sahəsi vasitəsiylə daha da möhkəmləndirilməsi məqsədi daşıyır."IV Türk Filmləri Həftəsi" 23-27 noyabr tarixlərində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31