Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

Noyabrın 22-də Azərbaycan Texniki Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb.

Noyabrın 22-də Azərbaycan Texniki Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb. Prorektor deyib ki, Mikayıl Müşfiqin şəxsiyyəti vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. İsa Xəlilov qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Mikayıl Müşfiqin 1937-ci ildə Azərbaycanın bir çox ziyalısı kimi represiya qurbanı olduğunu deyən prorektor, nakam şairin xalqımız üçün böyük və unudulmaz poeziyanı yadigar qoyduğunu vurğulayıb.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mirzəyev isə Mikayıl Müşfiq yaradıcılığına olan böyük sevgidən söz açıb.

Tədbirin bədii hissəsində tələbələr və xanəndələr tərəfindən şairin şeirləri səsləndirilib, şeirlərinə bəslənilən musiqillər ifa edilib və sənəciklər nümayiş olunub.

Qeyd edək ki, tədbirdə AzTU-nun müəllim-tələbə kollektivi ilə yanaşı, Mikayıl Müşfiqin qohumları, ictimai şəxslər və KİV nümayəndələri də iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31