“Cırtdan sərgüzəştləri” - Musiqili Teatrda Yeni il tamaşası
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
22 Noyabr 2018 16:52 MədəniyyətHər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında "Cırtdanın sərgüzəştləri" musiqili nağıl tamaşası ilə gələcək. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla tanış olacaq və onlara birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır. Musiqili Teatr Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatla və yaddaqalan keçirmək istəyənləri 2018-ci ilin dekabrın 28-dən başlayaraq 2019-cu il yanvarın 6-a qədər davam edəcək bayram şənliklərinə dəvət edir.