22 noyabr onların doğum günüdür - Mədəniyyət adamları
Bu gün Fikrət Əmirov, Rasim Ocaqov, Həsən Məmmədov kimi Azərbaycanın mədəniyyət tarixinə öz töhfəsini vermiş şəxsiyyətlərin doğum günüdür.
22 Noyabr 2018 15:51 MədəniyyətBu gün Fikrət Əmirov, Rasim Ocaqov, Həsən Məmmədov kimi Azərbaycanın mədəniyyət tarixinə öz töhfəsini vermiş şəxsiyyətlərin doğum günüdür.
Olaylar.az sənətkərların dəyərli fikirlərini təqdim edir:
Fikrət Əmirov: "Məni bəstəkar edən Azərbaycan tarıdır. Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir."
Bəstəkar 91 il öncə bu gün, Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur.
Rasim Ocaqov: "Biz xoşbəxt adamlarıq. Öz sevimli işimizlə məşğul olmağımız az deyilmiş kimi, hələ buna görə bizə pul da ödəyirlər."
Azərbaycanın xalq artisti, kinorejissor, kinooperator, ssenarist Rasim Ocaqov, 85 il öncə bu gün, Şəki şəhərində anadan olub.
Həsən Məmmədov "Çox vaxt mənə deyirlər ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət edib. Bəxtiyar komsomol olub, bizə düşməndir. Bu günün nəzərləri ilə baxsaq, Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi ki. Xalqının əmin-amanlığını istəyirdi."
Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı, Həsən Məmmədov, 80 il öncə bu gün Salyan rayonunda doğulmuşdur.