Azərbaycanlı ifaçılar Amerikada musiqi yarışmasının qalib oldular

Azərbaycanlı gənc ifaçılar Nail Qurbanov və Elvina Qurbanova Nyu Yorkda keçirilən “Florida Keys International Music Competition” musiqi yarışında qalib olublar.

Azərbaycanlı gənc ifaçılar Nail Qurbanov və Elvina Qurbanova Nyu Yorkda keçirilən "Florida Keys International Music Competition" musiqi yarışında qalib olublar.

İyunda seçim turlarında iştirak edən azərbaycanlı ifaçılar finala vəsiqə qazanıblar. Onlar seçim turundan sonra New Yorka "Carnegie Hall"-da keçirilən qala gecəsinə dəvət alıblar.

Elvina Qurbanova müsabiqədə skripkada Pablo de Sarasatenin "Gypsy Airs -if"-i səsləndirib, Nail Qurbanov isə solo Neopatelian mahnisi "o sole mio"nu ifa edib.

Skripka ifaçısı Elvina Qurbanova deyir ki, onların sözügedən müsabiqədə iştirakları heç də təsadüfi olmadığını, Nail Qurbanov isə "Florida Keys" müsabiqəsinin öz tələbləri olduğunu və bu müsabiqənin onlar üçün tramplin rolu oynadığını vurğulayıb.

Nail Qurbanov Los Angelosda "Yours" orkestrnın ikinci skripkaçısıdır. O, New Yorka "Carnegie Hall"-da keçirilən qala gecəsinə sonra daha iki konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, müsabiqənin professional kateqoriyası (A) peşəkar musiqiçilər üçün nəzərdə tutulub, hansı ki, bu gələcəkdə özünü peşəkar musiqiçi kimi görmək arzusunda olanlara aiddir. Həvəskar kategoriyası isə (B) kateqoriyasıdır ki, bura musiqiyə yeni həvəs göstərənlər üçündür. O kəslər ki, ilk addımlarını musiqi sahəsində başlamaq arzusundadırlar. Əqli və fiziki cəhətdən zəif olan iştirakçılar üçün (S) kateqoriyası da mövcuddur.

Elvina Qurbanova skripka üzrə A, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31