Mehriban Ələkbərzadə yenidən Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşası hazırlanır. Olaylar.az bildirir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyır. Qeyd edək ki, bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.

Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin "Avtobus" pyesi əsasında "Çarəsiz sərnişinlər" tamaşası hazırlanır. Olaylar.az bildirir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyır. Qeyd edək ki, bu əsər "Nuri-didə Ceyhun" tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.

"Çarəsiz sərnişinlər" musiqili tamaşadır. Burada səsləndiriləcək musiqilər kənardan müşaiyət formasında deyil. Musiqiçilər həm də obraz olaraq səhnədə qrup şəklində iştirak edəcəklər. Tamaşanın mərkəzində zamanın ritmindən çıxan, bir növ kənara düşən iştirakçı məhz, musiqi pauzasında özünü təqdim edir"-deyə M. Ələkbərzadə bildirib.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Aydan Həsənova, Nicat Həbibov ifa edəcəklər. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31