“Koroğlu” operası Tahir Salahovun 90 illiyinə həsr olunacaq
Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcəkdir. Bu dəfəki tamaşa görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuşdur.
21 Noyabr 2018 17:05 MədəniyyətNoyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcəkdir. Bu dəfəki tamaşa görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuşdur.
Məlum olduğu kimi, Tahir Salahov "Koroğlu" operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.
28 noyabrda səhnəyə qoyulacaq tamaşada Teatrın aparacı solistləri - Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Fidan Hacıyeva, solistlərdən Taleh Yahyayev, Fəhmin Əhmədli, Nurlan Namazov və b. çıxış edəcəklər.