Belarus, Özbəkistan və Azərbaycanın opera sənəti ulduzları birgə çıxış edəcəklər

Dekabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq. Opera və Balet Teatrının rəhbərliyi illərdən bəri formalaşmış ənənəsinə sadiq qalaraq yenidən tamaşada iştirak etmək üçün xarici sənətkarları dəvət edib. "Trubadur" operasının tamaşası bu dəfə Azərbaycanın tanınmış opera sənətkarları ilə yanaşı, həm də Belarus və Özbəkistanın opera ulduzlarının ifasında səslənəcək.

Tamaşada əsas partiyalardan birini - Leonoranı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Tatyana Tretyak ifa edəcəkdir. Onun tərəf-müqabili kimi Manriko rolunda Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov çıxış edəcəkdir.

Azərbaycan Opera və Balet Teatrının solistləri - Azərbaycanın Xalq artisti Əkrəm Poladov Ferrando, Əməkdar artistlər Səbinə Vahabzadə -Azuçena, Tural Ağasıyev - Rüis, solisrlərdən Taleh Yahyayev - qraf di Luna, Nina Makarova isə İnes rolunu ifa edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31