Türkiyəli sənətçilər jurnalistlərin suallarını cavablandıracaq

Noyabrın 23-də Bakıda, Nizami Kino Mərkəzində türk aktyorları və rejissorlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Noyabrın 23-də Bakıda, Nizami Kino Mərkəzində türk aktyorları və rejissorlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək IV Türk Filmləri Həftəsi ilə əlaqədar təşkil olunur. Konfransda "Seni Seviyorum Adamım" filminin baş rol aktyoru Gizem Karaca, "Gullər"in baş rolunun aktyoru Deniz Oral, "Güllər"in rejissoru Mehmet Gün, "ANONS"un pradüseri Halil Kardaş, "Diriliş Ertuğrul"un aktyoru Sezgin Erdemir, "Hay" filminin pradüsseri Ahmet Edebali, Menecer Özlem Ercağlar və Türk Filmleri Həftəsinin baş koordinatoru Öner Kılıç jurnalistləri maraqlandıran sualları cavablandıracaq.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31