Mehdi Məmmədovun 100 illiyi qeyd edildi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

Ölkə başçısının Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunan tədbir Cəfər Cabbarlı adına Teatr Muzeyi və Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Mehdi Məmmədovun həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.

Görkəmli teatr rejissorunun yaradıcılığından söz açan muzeyin direktoru Sevinc Mikayılova zəngin elmi təfəkkürə malik Mehdi Məmmədovun milli teatrşünaslıq elmimizin inkişafındakı rolundan, resenziya janrının formalaşmasında səmərəli fəaliyyətindən, quruluş verdiyi tamaşalardan ətraflı danışıb.

Tədbirdə Əməkdar incəsənət xadimləri Aydın Talıbzadə, Bəhram Osmanov, teatrşünas Əsəd Məmmədov çıxış edərək M.Məmmədovun həyat və yaradıcılığının bəzi məqamlarından söz açıblar.

Tədbirdə qeyd edilib ki, böyük sənətkar quruluş verdiyi tamaşalarla, yazdığı əsərlərlə adını sənət dünyamıza əbədi həkk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31