“Yaradanlar və yaşadanlar” layihəsi - Şahid Əbdülkərimovun yaradıcılığı
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
21 Noyabr 2018 15:31 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi bəstəkar Şahid Əbdülkərimovun yaradıcılığına həsr olunub. Olaylar.az bildirir ki, tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Konsertdə bəstəkarın mahnılarını xalq artistləri Nəzakət Teymurova - "Könül açdım", Gülyaz Məmmədova - "Gecələr", Gülyanaq Məmmədova - "Gözüm yandırar səni", əməkdar artist Zakir Əliyev - "Təki sən səslə məni", Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz - "Şirin yuxu olaydın", Kamilə Nəbiyeva - "Gözəlim" ifa etdilər.
İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.
Konsertin son nömrəsi olan "Heç küsməyin yeridirmi" mahnısı Almaz Orucova, Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın ifasında səsləndi.
Qeydedəkki, tədbirinaparıcısı əməkdarartistRəşad İlyasovidi.