Rusiyalı dirijor “Traviata” operasının tamaşasını idarə edəcək

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası nümayiş olunacaq.

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası nümayiş olunacaq.

Tamaşanı idarə etmək üçün gənc və istedadlı Rusiyalı dirijor - dirijorların beynəlxalq müsabiqələrinin laureatı Denis Vlasenko dəvət olunmuşdur. Parlaq istedadı ilə fərqlənən Vlasenko dünyanın bir çox ölkələri və müxtəlif qitələrində arzu olunan bir sənətkardır. O Anna Netrebko, Yuri Başmet, Vadim Repin, Denis Matsuyev, Aleksandr Rudin, Boris Berezovski, Sergey Krilov, Dmitri Korçak, Mariya Qulegina, Lyüka Deborq və b. dünya şöhrətli solistlərlə çıxış etmişdir.

D.Vlasenko bir çox tanınmış Rusiya və xarici ölkə kollektivləri - Moskva və Sankt-Peterburq filarmoniyalarının simfonik orkestrləri, Rusiya Milli filarmonik orkestri, Brüssel və Tokio filarmonik orkestrləri, Bolonya operası və Karlo Feliçe teatrının orkestrləri, Latviya milli orkestri və b. ilə əməkdaşlıq edir.

Tamaşada əsas rollardan biri - Violetta partiyasında Moskva "Novaya opera" teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mariya Buynosova, Alfred rolunda isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko çıxış edəcəklər.

Tamaşada Azərbaycanın istedadlı opera müğənniləri - Xalq artistlərii Əli Əsgərov (Markiz) və Əkrəm Poladov Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston), Səbinə Vahabzadə (Flora) və Teatrın aparıcı solisti Nina Makarova (Anina) iştirak edəcəklər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31