Mirkamilin qızı var imiş FOTO
13 Noyabr 2018 13:41 MədəniyyətMüğənni Mirkamil Kamilov şəxsi həyatı haqda hər kəsi şoka salan etiraf edib. Sənətçi 3 aylıq qızı olduğunu, onu hamıdan gizlətdiyini bildirib. İfaçı körpənin şəklini yayımlayaraq, bu sözləri yazıb: "Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim.
Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq".
sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31