“Əcaib əl-məqdur” əsərinin əlyazması əldə edilib

XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahinin (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunan “Əcaib əl-məqdur” əsərinin Seyid Hüseyn tərəfindən dilimizə edilən tərcüməsinin surəti əldə edilib.

XIV-XV əsrlərdə yaşamış görkəmli tarixçi alim Əhməd ibn Məhəmməd ibn Ərəbşahinin (1392-1450) Əmir Teymurun hakimiyyətinə həsr olunan "Əcaib əl-məqdur" əsərinin Seyid Hüseyn tərəfindən dilimizə edilən tərcüməsinin surəti əldə edilib.

Olaylar.az bildirir ki, vəsait AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən Tehranın Məclic kitabxanasından əldə olunub.

Qeyd edək ki, Əhməd ibn Məhəmməd ibn Ərəbşahin 1392-ci ildə Dəməşqdə anadan olub. Uşaq yaşlarında Əmir Teymur tərəfindən Səmərqəndə aparılıb. O, Teymurun ölümündən sonra Səmərqənddən gedərək bir müddət Osmanlı imperatoru I Məhmədin yanında xidmət edib, sonra "Əcaib əl-məqdur" əsərini yazıb. Qısa müddətdə məşhur olan əsər 1636-cı ildə ərəb dilində Leydendə, 1658-ci ildə fransız dilində Parisdə çap edilib.

Əsərin Seyid Hüseyn tərəfindən dilimizə edilən tərcüməsinin 141 vərəqdən ibarət əlyazmasını paleoqrafik cəhətdən XVIII əsrə aid etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31