Kürdəmir rayonunda ilk dəfə- Kukla Teatrı fəaliyyətə başladı
13 Noyabr 2018 12:26 MədəniyyətKürdəmir rayonunda ilk dəfə olaraq Kukla Teatrı fəaliyyətə başlayıb. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyətə başlayan teatr "Cırtdan" kukla tamaşasını nümayiş etdirib.
Olaylar.az bildirir ki, teatrın ilk tamaşası rayon və kəndlərdən olan azyaşlı uşaqlar, onların valideyn və müəllimləri tərəfindən maraqla qarşılanıb.
Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun verdiyi məlumata görə, tamaşada iştirak edən aktyorların əksər hissəsini rayon mədəniyyət mərkəzində çalışan istedadlı gənclər təşkil edir. Gələcəkdə yeni tamaşaların səhnələşdirilməsi və digər rayonlarda da nümayiş olunması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31