Bakıda klassik musiqisi konserti keçiriləcək
12 Noyabr 2018 16:56 MədəniyyətNoyabr 24-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək.
Konsertdə Karl Veberin - "Der Freischütz" operasına uvertüra, Lüdviq van Bethovenin - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin - Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31