Konstitusiya gününə həsr olunmuş konsert keçirib
Noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında 12 noyabr - Konstitusiya gününə həsr olunmuş konsert keçirilib.
12 Noyabr 2018 16:48 MədəniyyətNoyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında 12 noyabr - Konstitusiya gününə həsr olunmuş konsert keçirilib.
Olaylar.az bildirir ki, ilk öncə aparıcı Humay Muxtarova əsgərləri salamlayıb, bayram münasibətilə təbrik edib. Bildirib ki, 12 noyabr -Konstitusiya günü Azərbaycanın əlamətdar tarixləri sırasında xüsusi yer tutur. O, Konstitusiyanın yaranma tarixindən, inkişaf mərhələlərindən, Əsas Qanunda təsbit olunan insan hüquq və azadlıqlarından ətraflı məlumat verib.
Daha sonra tanınmış müğənni Rahidə Baxışovanın və rəqqasə Səbinə İsmayılovanın ifaları əsgər və zabitlərdə bayram əhval-ruhiyyəsi yaradıb.