Ayaz Salayev: “Azərbaycan kimi nüfuzlu bir ölkədə bu vaxta kimi səviyyəli film festivalı olmayıb”

Kinoşünas, kinorejissor, ssenarist Ayaz Salayev Olaylar.az açıqlamasında bildirir ki, Azərbaycan kimi nüfuzlu bir ölkədə bu vaxta kimi səviyyəli film festivalı olmayıb: "Mən tam səmimi şəkildə il IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının təşkilatçılarına minnətdarlığımı bilidirirəm. Belə bir festivala çoxdan ehtiyac var idi. Film festivalı təmtəraq üçün deyil, kino sənətini yaşadan ən mühüm tədbirlərdən biridir. Hər bir inkişaf etmiş  ölkədə mədəni həyat olmalıdır. Festivallar mədəni həyatın ən vacib tərəflərindən biridir. Nəhayət ki, bizim də ölkəmizdə film festivalına dəstək verildi".

Kinoşünas IX "START" Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq münsiflər heyətində yer aldığım üçün fəxr etdiyini qeyd edir: "Ümid edirəm ki, gələcəkdə "START" Beynəlxalq Qısa Filmlər Festivalı daha da geniş formatda və nominasiyalarla çıxış edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31