Aygün Aslanlı: “Azərbaycanda “START”dan başqa peşəkar festival yoxdur”
Kinoşünas Aygün Aslanlı Olaylar.az açıqlamasında noyabrın 14-17 tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına qəbul olunan filmlərin səviyyəsi ilə festival zamanı tanış olacağımızı qeyd etdi:
12 Noyabr 2018 16:08 MədəniyyətKinoşünas Aygün Aslanlı Olaylar.az açıqlamasında noyabrın 14-17 tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalına qəbul olunan filmlərin səviyyəsi ilə festival zamanı tanış olacağımızı qeyd etdi: "Seçim komisiyasında olduğuma görə onu deyə bilərəm ki, bi il IX "START" Beynəlxalq Qısa Filmlər Festivalına çox gözəl filmlər gəlib. 490 filmin hamısını izləyən biri olaraq qeyd edim ki, bu il Amerikadan tutmuş, Yeni Zellandiyaya qədər, Avstraliya, Çin və digər ölkələrdən festivala filmlər göndərilib, Təbbi ki, bizə göndərilən filmlərin hamısını festivalın proqramına daxil etməmişik. Biz festival üçün 100 film seçmişik. Elə rejissorlar var idi ki, özləri bizimlə əlaqə saxlayır, film seçilərsə Bakıya gəlmək istədiklərini bildirirdilər. Bu il həddindən artıq maraq var. Ümid edirik ki, festival planlaşdırdığımız kimi uğurla başa vurarıq".
Kinoşünas Aygün Aslanlı qeyd edir ki, noyabrın 14-17 qədər tarixdə keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalında yeniliklər də var. İlk dəfə olaraq festivala "Pitçinq", "Cinemobil" və tamaşaçılara digər məşhur azərbaycanlı rejissor Cəfər Pənahinin "Üç üz" filminin Azərbaycan premyerası olacaq.
"START" Beynəlxalq Qısa Filmlər Festivalının bu günə qədərki yoluna nəzər salan kinoşünas söyləyir ki, festivalsız ölkə yoxdur. "Mənim kinom, kinomun tarixi var deyən elə bir ölkə yoxdur ki, orada festival olmasın. Hətta bir neçə festivalları var. Gürcüstan kimi bizdən balaca bir ölkədə onlarla müxtəlif adda festivallar həyat keçirilir. Azərbaycanda isə "START" başqa peşəkar festival yoxdur. Biz bu festivalın davamlı və daha da geniş formatda həyat keçirmək istəyirik. Festivalla bağlı arzularımız, ümidlərimiz var. Dünya təcrübəsini öyrənirik. Bütün bunların hamısını tətbiq etmək istəyirik. Ümid edirik ki, gələcəkdə müvafiq qurumlar bizə dəstək olacaqlar".