Teatr kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşasında çıxış ediblər

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib. Olaylar.az bildirir ki, kollektiv Balakən, Zaqatala, Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edib. Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib. Olaylar.az bildirir ki, kollektiv Balakən, Zaqatala, Qax teatrsevərləri qarşısında "Vəsiyyət" tamaşası ilə çıxış edib. Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov aktrisa Ləman İmanova əməkdar artist Mirzə Ağabəyli, əməkdar artistlər Almaz Amanova Sevinc Əliyeva, aktyorlar Rüstəm Rüstəmov, Elçin Əfəndi , əməkdar artist Kazım Həsənquliyev, İlahə Həsənova və Fəridə Şahbazova və aktyor Ramin Şıxəliyevçıxış edib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31