“Yeni nəsil dəvət edir” – Tələbələrin təqdimatında
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakultəsinin “Estrada sənəti” və “Muğam sənəti” kafedralarının tələbələrinin “Yada düşər xatirələr” adlı konserti keçirilib.
7 Noyabr 2018 16:54 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Estrada sənəti" və "Muğam sənəti" kafedralarının tələbələrinin "Yada düşər xatirələr" adlı konserti keçirilib.
Konsertdə tələbələrin ifasında E.İbrahimovanın "Daha məndə dözüm yox", "Ey vətən", A.Səmədzadənin "Bu dünyanı nağıl bilək", E.Sabitoğlunun "Neyləyim", "Sən mənim deyilsən", T.Quliyevin "Yol ayrıcında", "Ey sevincim Bakı", "Kimsən sən", X.Mirzəzadənin "Yadındamı","Sırqamın qaşı", Ə.Abbasovun "Heyran olmuşam", İ.Babayevanın "O gözlər", S.Əliyevanın "Qayıt əzizim",V.Adıgözəlovun "Qərənfil", "Şuşam lay-lay", P.Bülbüloğlunun "Gəl ey səhər" mahnıları səsləndi.
Sonda konsertin bədii rəhbəri "Estrada sənəti" kafedrasının müdiri Məryəm Babayeva konsertin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdi.