Bred Pittdən Ancelina Coliyə toy hədiyyəsi: Silah anbarı

Bu ilin aprel ayında nişanlanan Bred Pitt və Ancelina Coli cütlüyünün nə vaxt evlənəcəyi bəlli olmasa da, xarici mətbuatda onların gələcək toyu haqqında qəribə şayiələr dolaşmaqdadır.

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərənin "The Sun" qəzeti uzun müddətdir ki, birlikdə olan cütlük haqqında qəribə bir xəbər yayıb. İngilis nəşrinin yazdığına görə, Pitt Coliyə toy hədiyyəsi kimi onun çoxdan bəri arzuladığı şeyi - şəxsi poliqonu və silah anbarını hədiyyə edib. Poliqonun və silah anbarının aktyora 400 min dollara başa gəldiyi bildirilir. Bu hədiyyələr onun gələcək həyat yoldaşına stress atmaq üçün lazımdır.

Poliqonun Bred Pittin və Ancelina Colinin Fransadakı malikanəsində yerləşdirildiyi bildirilir. Çox güman elə bu malikanədə də məşhur cütlüyün toyu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31