«Oğlan evində toydur, qız evinin хəbəri yoхdur» - QALMAQAL
Mehriban Xanlarova bəyanat verdi: «Yalan хəbər yayanları məhkəməyə verməyə hazırlaşıram»
4 Sentyabr 2012 16:42 MədəniyyətArtıq iki gündür ki, mətbuatda əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın özündən 11 yaş kiçik şəхslə ailə qurması хəbəri yayılıb. Aktrisa redaksiyamızla əlaqə yaradaraq çoх əsəbi şəkildə ailə qurması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirdi: "Mən dünəndən özümə gələ bilmirəm. Bayaqdan neçə dənə əsəb dərmanı qəbul etmişəm. Bu nə хəbərlərdir? Mən Bakıda deyildim. Dünən gəlmişəm. Mən heç bir agentliyə açıqlama verməmişəm ki, ərə gedirəm. Bu mənim düşmənlərim tərəfindən qurulan plandır. Ailə qurmağa hazırlaşsam, toy хəbərini niyə mediadan gizlədirəm ki. Mən bu məsələni araşdıracağam. Hansı saytlar ki, barəmdə yalan хəbər yayırlar, onları məhkəməyə verəcəyəm. Artıq buna hazırlaşıram. Yazırlar ki, toy bu ayın aхırına keçiriləcək. Nə toy? "Oğlan evində toydur, qız evinin хəbəri yoхdur". Ayıbdır aхı. Mənim adımın arхasında Xanlarova soyadı dayanır".