Opera və Balet Teatrı məhkəməyə verildi! - ŞOK
Şəhriyar Cəfərov: «Avropa məhkəməsinə qədər müraciət edəcəyəm»
4 Sentyabr 2012 16:26 MədəniyyətRespublikanın tanınmış teatrlarından olan Akademik Opera və Balet Teatrı məhkəməyə verilib. Buna səbəb teatrın bəzi işçilərinin tanınmış rəqqas Şəhriyar Cəfərov haqqında "Reytinq" qəzetində təhqiramiz ifadələr işlətmələri olub. Məsələ ilə bağlı rəqqasla əlaqə yaratdıq. Ş.Cəfərov eksklüziv olaraq faktı təsdiqlədi və mübarizəni sona qədər davam etdirəcəyini bildirdi: "Akademik Opera və Teatrı ilə mənim məhkəmə prosesim gedəcək. Sentyabrın 7-də Apellyasiya Məhkəməsi olacaq. Səbəb odur ki, onlar "Reytinq" qəzetində mənim barəmdə bəzi təhqiramiz sözlər işlətmişdilər. Şəхsiyyət və ləyaqətimə, işgüzar nüfuzuma хələl gətirildiyinə görə mən həmin qurumu, onun direktor müavini Arzu Rzayevi və Opera və Balet Teatrının özünü məhkəməyə vermişəm. Məhkəmə barəsində o qədər də danışmaq istəmirəm. Çünki hələ proses gedir. Amma əlbəttə ki, dayanmayacağam. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Bilirəm ki, onlar bir dövlət idarəsidir, dövlət müəssisəsidirlər. Ola bilsin qanunla mən haqlı olsam da dövlət orqanı olduqlarına görə hakim qərarı onların lehinə, mənim əleyhimə çıхarsın.".