"Öyle bir geçer zaman ki": çox dəyişən Cemile danışdı - MÜSAHİBƏ - FOTO

Türkiyənin sevilən teleseriallarından olan "Öyle bir geçer zaman ki"də Cemile rolunu oynayan Ayça Bingöl bu axşam tamaşaçıların qarşısına fərqli görünüşdə çıxacaq.

Onun üzündə yaşadığı çətinliklər və acıların izləri, saçlarında isə ağlar var.

Milli.Az DHA-ya istinadən bildirir ki, Ayça Bingölün dediyinə görə, onun obrazı qocalsa da, özü qocalmayıb:

- "Bu axşam yeni seriya ilə tamaşaçıların görüşünə gələcəyik. Hekayətimiz çox xoş şəkildə irəliləyir.
Seriala yeni gələn aktyolrlar da var, gedəndər də. Üçüncü mövsümə həyəcanla başlayırıq.

- Qoca Cemileyə özünüzü necə hazırladınız?

- Onu içimdə həll etdim.

- Necə yəni?

- Yayda, istirahət zamanı ötən illəri, Cemilenin yaşadığı kədərləri, sonra da o yaraların qaysaqlanmasını düşündüm. Ağlımda həmişə bunlar vardı. Belə əqli və ruhi hazırlıq bir növ məşq oldu mənimçün.

- Tətildə istirahət etmək yerinə düşündünüz?

- Aktyor həmişə rolu barədə fikirləşir. Dənizə baxanda da düşünür. Bu, ruh məsələsidir.

- Zaman ən yaxşı dərmandır deyirlər. Cemilenin də yaraları qaysaqlanıbmı?

- Təbii ki. Həyat davam edir. Bu qadının üç övladı var, mübarizə aparmaq məcburiyyətindədir. Əsas məsələ də budur.

- Cemile son seriyalarda gücləndi, daha sərt qadına çevrildi. Bu güclənmə yeni mövsümdə də davam edəcək?

- Cemile özünə inanmağa başladı desək, daha doğru olardı. Atelyesi yoluna düşüb, uşaqlarının yaşamını təkbaşına təmin edir. Amma indi dövrünün siyasi həyatı onun yaşamına böyük təsir edəcək.

- Yeni seriyalar hansı dövrlərdən bəhs edir?

- Çevriliş ərəfəsindən, ən qarışıq dönəmlərdən.

- Kiçik Osman getdi, gənc Osman gəldi. Tamaşaçılar kiçik Osmanı axtarmayacaqlar ki?

- Təbii ki, alışmaq üçün zaman gərəkdir. Tamaşaçılara haqq qazandırıram. Yeni seriyanın çəkilişinin ilk günündə Emir Berke ilə özümü naqolay hiss edirdim. Sonra alışmağa başladıq.

Tamaşaçı da alışacaq. Üstəlik, gənc Osmanı oynayan Gün də güclü aktyordur. Çəkiliş qrupuna çox tez adaptasiya olundu. Zənn edirəm ki, tamaşaçılar da onu tezliklə qəbul edərlər.

- Gedən aktyorları da xatırlayaq. Bu gedişlər sizi çox üzdü?

- Farahim məktəbə getdi. Erkan Petekkaya yeni seriala çəkilməyə başladı. Onlara uğurlar diləyirəm. Təbii ki, gedişlərinə üzüldüm.

- Ağlama, sızlama da oldu?

- Təbii ki, oldu.

- Cemilenin həyatında yeni eşq olacaq?

- Bu məsələ məni də maraqlandırır. Muhammed Uzunerin oynadığı Arif obrazı var. Cemilenin həyatında önəmli insan olacaq. Amma bu önəm hansı səviyyədə olacaq - onu yeni seriyalar göstərəcək.

- Dönəm dəyişdi, Cemile dəyişdi. Bəs sizdə nə dəyişikliklər var?

- Məndə heç nə dəyişməyib. Həyatım əvvəlki təki davam edir. Bəxtəvər və gözəl həyat yaşayıram.

- Cemilenin saçları ağarıb. O pariki taxanda nə hiss etdiniz?

- Yaşlandıqca nənəmə bənzəməyə başladığımı anladım.

- Sizi çəkiliş meydançasından kənarda görənlər nə qədər gənc olduğunuzu anlayıb çaşırlarmı?

- (gülür). Hə. Əslində gözəl işdir. Deməli ki, yaratdığım obraza insanlar inanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31