Türklər hələ belə serial çəkməmişdilər
4 Sentyabr 2012 12:40 Mədəniyyət"300 spartalı" başda olmaqla son illərdə Hollivudun bir çox filminin çəkildiyi Bolqarıstanın paytaxtı Sofiyada yeni türk serialı çəkilir.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Sofiyadakı Nu Boyana Film studiyasında ilk dəfə fentezi janrında türk serialı çəkilməkdədir.
Star Yapım və Adam Film studiyalarının çəkdikləri "Atlılar" serialının ssenari müəllifləri Serdar Akar və Eset Akçiladdır.
Hazırlıq prosesi ötən ildən bəri böyük məxfilik şəraitində davam edən "Atlılar"ın baş rejissoru Serdar Akardır.
Serialda Tamer Levent, Ayça İnci, Canan Ergüder, Aslı Tandoğan, Sarp Leventoğlu, Emre Kızılırmak, Kerem Can, Burcu Kutluk, Hamit Demir, Taner Rumeli, Emre Ozan, Sertan Erkaçan rol alıblar.
Digər rolların tam yarısında bolqar aktyorlar oynayırlar.